15 noyabr 2013 15:28
Şahin Diniyev: Bu oyunlarda məşqçilər korpusu üçün nəticə o qədər vacib deyil
"Rəvan"ın baş məşqçisi Şahin Diniyev millimizin Estoniya və Qırğızıstanla oyunları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"Estoniya yığması bizimlə bərabər səviyyəli komandadı. Onlarla oynamaq mümkündü. Sadəcə, qarşıdakı oyunlarda məşqçilər korpusu üçün nəticə o qədər vacib deyil. Yəqin, bəzi oyunçular yoxlanılacaq. Qırğızıstanla görüş haqda nəsə demək çətindi. Bu komanda bizdən zəifdi. Güclü komandalar Azərbaycanla oynamaqda maraqlı deyil. Ona görə Qırğızıstanla oynamaq məcburiyyətindəyik.Hər iki oyun milli üçün sadəcə, sınaq görüşləridi".
