15 noyabr 2013 14:54
Rəşad Sadiqov: Çox istərdim ki, Estoniya ilə oyunda millimizə kömək edim
“Neftçi”nin kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Çox istərdim ki, Estoniya yığması ilə oyunda millimizə kömək edim. Amma zədə səbəbindən vaxtından əvvəl milli komandanın düşərgəsindən ayrılmalı oldum. Müalicəmi davam etdirirəm. Bərpa prosesini keçdikdən sonra “Neftçi”də hazırlığa başlayacağam.
Estonia ilə oyun rəsmi olmasa da, qarşılaşmanın nəticəsi yığma komandaların reytinq cədvəlinə təsir göstərəcək. Rəqibimiz yetərincə ciddidi və öz meydanında qələbə qazanmağa çalışacaq. Buna baxmayaraq biz də son oyunlarımızda azarkeşlərimizi sevindirə bilmişik və bunun davamını gətirməliyik. İnanıram ki, yığmamız ağır səfər matçında qələbə qazanaraq azarkeşlərin ümidlərini doğruldacaq”.
