15 noyabr 2013 14:46

Vüqar Nadirov: Futbolçular məşqçi məsələsinə qarışmamalıdı

"Qarabağ"ın və millinin futbolçusu Vüqar Nadirov azerisport.az saytına müsahibəsində Estoniya və Qırğızıstanla matçlar barədə danışıb, 2013-cü ilin nəticələrini dəyərləndirib.
 
- Öncə yoldaşlıq görüşləri ilə bağlı fikrinizi bilmək maraqlı olardı...
- Yoldaşlıq görüşü olsa belə yığma qələbə haqda düşünür. Bakıdakı hazırlıq artıq başa çatıb. Bəzi günlərdə 2, bəzən də gündə 1 dəfə məşq keçdik. Yığmada ab-hava çox yaxşıdı. Futbolçular ürəklə məşq edirlər. İlin son oyunları bizim üçün əhəmiyyətlidi. İstəyirik qələbə qazanaq. Qələbələrimiz o qədər çox olmur. Hər fürsətdə azarkeşləri sevindirməyə çalışmalıyıq.
 
- Deməli, Estoniya və Qırğızıstanla görüşlərdə nəticə komanda üçün vacibdi?
- Biz hər oyunda müsbət nəticə qazanmaq istəyirik. Kim deyir ki, onlar üçün nəticə vacib deyil, inanmayın. Futbolçular üçün nəticə vacib olmasa, oynamaq çətin olar. Estoniya və Qırğızıstan yaxşı komandalardı. Üstəlik nəzərə alaq ki, səfərdə oynayırıq. Asan matçlar olmayacaq. Hər iki rəqibə hörmət edirik.
 
- Rəqiblərin son oyununu izləmisiz?
- Estoniya haqda müəyyən məlumatım var. Yaxşı komandadı. Orta xəttdə yaxşı futbolçuları var. Qırğızıstanla oynadığımız matç hələ yadımdadı. Şahin Diniyevin vaxtında səfərdə yoldaşlıq matçında meydana çıxmışdım. Həmin oyunda 1:0 hesabıyla qalib gəldik. Bəziləri hesab edir ki, qırğızlar zəif rəqibdi. Amma onlar futbol oynamağı bacarırlar.
 
- Kamran Ağayev, Rəşad Sadıqov, Əfran İsmayılov, Rəşad Sadiqov oynamayacaq. Bu komandanın oyununa təsir edə bilər?
- İtkilər özünü göstərəcək. Çünki, adını çəkdiyiniz futbolçular əsas heyətin üzvləridi. Əlbəttə, onları əvəzləyən futbolçular çalışacaq ki, oyun baxımından heç nə hiss olunmasın. Bununla belə Ağayev, Sadıqov kifayət qədər təcrübəli oyunçulardı. Onlara tezliklə yaşıl meydana qayıtmağı arzulayıram.
 
- Estoniya və Qırğızıstanla oyunlar Berti Foqtsun taleyinə təsir edə bilər?
- İnanmıram. Hər halda rəsmi görüşlərdə milli kifayət qədər inamlı təsir bağışladı. Buna görə əsas seçmə mərhələnin oyunları analiz olunacaq. Biz bu matçlarda da qələbə qazanmaq istəyirik. Amma Estoniya ilə Qırğızıstanla matçlar Foqtsun taleyinə təsir etməyəcək.
 
- Sizcə, Foqts getsə, onun işini kim davam etdirə bilər?
- Mətbuatda futbolçularımızım fikrini oxumuşam. Amma məncə, biz bu işə qarışmasaq yaxşıdı. Mən futbolçuyam, sözümü meydanda deməliyəm. Son qərarı AFFA verəcək. Əlbəttə ki, onlar müzakirə edərək qərar qəbul edəcək. Bizim fikrimiz heç nəyi dəyişmir. Ona görə bu məsələyə münasibət bildirməyimiz yaxşı alınmır. Kim işləsə də, milli üçün çalışacaq.
 
- 2013-cü ili yığma üçün uğurlu saymaq olar?
- Seçmə mərhələnin oyunları müsbət qiymətləndirərdim. Portuqaliya və Rusiyaya uduzduq. Qrupda digər rəqiblərlə yaxşı oynadıq və bəzən onlardan yaxşı futbol sərgilədik. Sadəcə, bəxt bizim tərəfimizdə olmadı. 9 xal pis nəticə deyil. Ümumilikdə 2013 milli üçün pis olmadı, yaxşı alındı. Əlbəttə, son oyunlar bizi arxayınlaşdırmamalıdı. Çünki, yeni seçmə mərhələdə azarkeşlər bizdən daha böyük nəticə tələb edəcək.
 
- Milli yeni seçmə mərhələdə hansı hədəf uğrunda yarışa bilər?
- Bu barədə hələ söhbət olmayıb. Püşk də hələ atılmayıb. Baş məşqçi məsələsi həll olunmalıdı. Sonra rəqiblərimiz məlum olacaq. Bax onda yığma rəhbərliyi hədəflər barədə danışacaq. Hələlik bütün fikrimiz Estoniya və Qırğızıstanla oyunlardadı. Həmin görüşlərin nəticələri FİFA reytinq cədvəlinə təsir edəcək. Ona görə qələbə vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.