15 noyabr 2013 14:24
Əsgər Abdullayev: Estoniya yığmasına qalib gəlməyimiz mümkündü
Naxçıvanın "Araz" komandasının baş məşqçisi Əsgər Abdullayev millinin Estoniya ilə oyunu barədə fikirlərini söyləyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yoldaşlıq görüşlərində əsas məqsəd yeni futbolçuları sınaqdan keçirməkdi. Millidə rəqabət yaratmaq üçün gənclərə şans vermək vacibdi. Estoniya ilə oyuna gəlincə rəqib yaxşı komandadı. Amma çəkinəsi rəqib deyil. Bu komandayla oynayıb qalib gəlmək mümkündü. İtkilərimiz var. Əsas oyunçuların olmaması oyunumuza təsir edəcək. Bununla belə yoldaşlıq görüşlərində nəticənin o qədər vacib olmadığını düşünürəm. Əsas seçmə mərhələnin oyunlarıdı".
