15 noyabr 2013 22:38

Azərbaycan Estoniyaya məğlub oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız yoldaşlıq oyunu çərçivəsində Estoniyanın qonağı olub.
 
Bu komanda millimiz üçün tanış rəqib idi. Yığmamız tarixi ərzində 8-ci dəfə estonlarla üz-üzə gəlirdi. Əvvəlki 7 qarşılaşmada Azərbaycan cəmi 1 dəfə qələbəyə sevinə bilmişdi. Estonların qələbəsi isə bizdən çox idi - 2. Daha 4 qarşılaşmada isə heç-heçə qeydə alınmışdı.
 
Bu görüşdə hesabı komandamız açıb. Amma sonradan iki qol vurmağı bacaran meydan sahibləri əzmkar qələbəyə seviniblər.
 
Yoldaşlıq oyunu
15 noyabr
 
Estoniya - Azərbaycan - 2:1 (0:1)
Qollar: R.Əliyev, 44 (0:1), S.Zenev, 54 (1:1), J.Lindpere, 66 (2:1).
Hakimlər: Aleksey Nikolayev Oleq Tselovalnikov, Vitali Drozdov (hamısı Rusiya), Silver Koiv (Estoniya).
Tallin. "A. Le Coq Arena".
 
Estoniya: Sergey Pareyko, Ken Kallaste, Artyom Artyunin, Mikk Reyntram, Gert Kams, Konstantin Vasilyev, Aleksandr Dmitriyev, Dmitri Kruqlov, Henrik Oyamaa, Henri Anyer, Sergey Zenev.
Ehtiyat oyunçular: Mihel Aksalu, Karol Mets, Enar Yayqer, Tayo Teniste, Joel Lindpere, Martin Vunk, Sergey Moşnikov, Siim Luts, Tarmo Kink, Rimo Hunt.
Azərbaycan: Anar Nəzirov, Rasim Ramaldanov, Elnur Allahverdiyev, Bədavi Hüseynov (Ufuk Budak, 46), Maksim Medvedev (Əli Gökdəmir, 76), Mahir Şükürov (k), Ruslan Abışov, Rahid Əmirquliyev, Rauf Əliyev, Rüfət Dadaşov (Pərdis Fərcad Azad, 58), Vaqif Cavadov.
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Səlahət Ağayev, Cihan Özkara, Cavid Hüseynov, Vüqar Nadirov, Vladimir Levin, Ruslan Əmircanov, Taşkın İltər, Vurğun Hüseynov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.