15 noyabr 2013 21:49
Azərbaycan Makedoniyaya uduzdu (YENİLƏNİB)
Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycanın U-21 yığması da 5-ci matçına çıxıb.
Bernard Lippertin komandası səfərdə Makedoniya yığması ilə qarşılaşıb. Bu oyun öncəsi 4 xalla 3-cü olan yığmamız növbəti qələbəsini qazanacağı halda qrup ikincisi ola bilərdi. Lakin təəssüf ki, ikinci yarıda buraxdığı qol komandamız üçün məğlubiyyət bahasına başa gəlib.
Maraq üçün xatırladaq ki, U-21 yığmamız bu seçmə mərhələdəki ilk matçını Bakıda məhz Makedoniyaya qarşı keçirmişdi və qolsuz heç-heçəyə razılaşmışdı.
Qeyd edək ki, bu gün 8-ci qrup çərçivəsində İsrail də Norveçi qəbul edib. Meydan sahibləri 4:1 hesablı qələbəyə seviniblər.
AÇ-2015-in seçmə mərhələsi
8-ci qrup
15 noyabr
Makedoniya - Azərbaycan - 1:0 (0:0)
Qol: Velkovki, 69 (1:0)
Baş hakim: Petr Ardeleanu (Çexiya).
Skopye. "National Arena Filip II Macedonia".
Makedoniya: 12. Dimitriyevski, 2. Ristovski (k), 3. Alilovski, 4. Blajevski (14. Velkoski, 62), 5. Draqarski, 13. Naydoski, 8. Miçevski, 10. Dav. Babunski, 7. Nikolov (15. Askovski, 80), 9. Dor. Babunski (18. Naumçevski, 61), 11. Traykovski.
Ehtiyat oyunçular: 1. İliyev, 6. Zaykov, 16. L.Juta, 21. Markoski.
Baş məşqçi: Boban Babunski.
Azərbaycan: 22. Orxan Sadlqlı, 2. Qara Qarayev (13. Elşən Abdullayev, 79), 3. Tərlan Quliyev, 4. Slavik Alxasov, 5. Elvin Yunuszadə, 8. Şəhriyar Əliyev (15. Rəşad Eyubov, 84), 7. Araz Abdullayev, 11, Toğrul Erat, 19. Mirhüseyn Seyidov (k), 6. Hacı Əhmədov, 9. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 20. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 16. Vadim Abdullayev, 17. Nurlan Novruzov.
Baş məşqçi: Bernard Lippert.
| 1 | Portuqaliya | 3 | 3 | 0 | 0 | 10 | 1 | +9 | 9 |
| 2 | İsrail | 4 | 3 | 0 | 1 | 14 | 7 | +7 | 9 |
| 3 | Makedoniya | 3 | 1 | 1 | 1 | 2 | 2 | 0 | 4 |
| 4 | Azərbaycan | 5 | 1 | 1 | 3 | 5 | 11 | –6 | 4 |
| 5 | Norveç | 5 | 1 | 0 | 4 | 6 | 16 | –10 | 3 |
