15 noyabr 2013 01:15
Bakının yarımmüdafiəçisi Qızıl butsa layiq görüldü
Litvada ilin ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, "Bakı"nın yarımmüdafiəçisi Mindauqas Kalonas olub.
Qeyd edək ki, Kalonas bu futbol ilinə "Rəvan"da başlamışdı. Məhz bu klubdakı parlaq çıxışı sayəsində o, uzun müddətdən sonra yenidən Litva yığmasına dəvət olunmağa başlamışdı. Bu mövsüm isə o, "Bakı"ya keçdi. Elə "zolaqlılar"ın heyətində də Kalonas komandanın liderlərindən birinə çevrildi. O, mövsümün geridə qalan dövründə 5 qol vurub.
Ölkəsinin ən yaxşısı seçilməsi münasibətilə Kalonasa "Qızıl buts" təqdim olunub.
