15 noyabr 2013 01:09
Arif İsayev: Yusuf Şimşək hətta Dənizlini tərk etməyimə də qadağa qoyub
Türkiyənin "Dənizlispor" klubunun azərbaycanlı yarımmüdafiəçisi Arif İsayevin azerisport.az saytına müsahibəsi
- Siz xeyli müddətdi oynamırsız. Hazırda vəziyyətiniz necədi?
- Zədəm gözləniləndən də ciddi alındı. Gələn həftə əməliyyat olunmalıyam.

- Bəs nə vaxt yaşıl meydanlara qayıdacaqsız?
- Bərpa prosesi uzun çəkəcək. Həkimlər mənə elə dedilər. Böyük ehtimalla bu mövsüm artıq oynaya bilməyəcəm.
- Komandanızın baş məşqçisi Yusuf Şimşək buna görə deyib ki, sizinlə qış fasiləsində yollarını ayıracaqlar?
- Mətbuatda bu açıqlamanı oxuyandan sonra baş məşqçiyə yaxınlaşdım. O, mənə bildirdi ki, heç kimə haqqımda bir söz deməyib. Bunlar hamısı kimlərinsə uydurmasıdı.

- Yəni belə ciddi zədənizin olmasına baxmayaraq, "Dənizlispor"da qalacaqsız?
- Şimşək hətta mənim Dənizlini tərk etməyimə qadağa qoyub və bildirib ki, burda müalicə olunmalısan. Onun köməkçiləri ilə söhbətləşmişəm. Onların sözlərinə görə, baş məşqçimiz təbiətcə elə adam deyil və futbolçuları haqda mətbuata danışmağı xoşlamır. Bunu öyrənəndən sonra mətbuatda gedən yazıları oxumaq heç də xoş deyildi.

- Əgər oynamayacaqsızsa, klubun sizin xidmətinizdə nə marağı ola bilər ki?
- Mənim klubla müqaviləm var. Nəzərə alsaq ki, bu zədəni "Dənizlispor"da onayarkən almışam, onların qarşımda borcları var. Klub da öz növbəsində bu məsələyə peşəkarcasına yanaşır və problemimlə yaxından maraqlanır. Onlar bütün xərcləri də öz üzərlərinə götürüblər.