14 noyabr 2013 11:31
Vüqar Nadirov: Hər iki oyunda qələbə qazanmaq istəyirik
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Vüqar Nadirov Estoniya və Qırğızıstana qarşı oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Yığmanın itkiləri az deyil. Zədəli futbolçular əsas heyətin üzvləridi. Buna görə də müəyyən mənada onların yeri görünəcək. Bununla belə millimiz ilin son oyunlarında qələbə qazanmaq istəyir. Həm Estoniya, həm də Qırğızıstanla görüşdə maksimum güc sərf edib qalib olmaq istəyirik".
