14 noyabr 2013 11:11
Yusuf Şimşək: Arif İsayev qışda komandadan gedəcək
Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Yusuf Şimşək azərbaycanlı futbolçu Arif İsayevin komandadakı gələcək taleyinə aydınlıq gətirib. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yusuf Şimşək bunları söyləyib:
“Qış fasiləsində komandanı Bayram və İsayev tərk edəcək. İsayevin yerinə legioner almaq mütləq deyil”.
Xatırladaq ki, Arif İsayev son vaxtlar zədə səbəbindən “Dənizlispor”un heyətində çıxış edə bilmir.
