14 noyabr 2013 10:53

Bernard Lippert: Qarayevlə Abdullayev millidə liderlik keyfiyyətlərini göstərməlidi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Makedoniyaya qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Makedoniya ilə oyundan nə gözləyirsiz?
- Artıq iki gündü Skopyedəyik. Oyunun keçiriləcəyi stadionda keçiriləcək məşqlə hazırlığı yekunlaşdıracağıq. Fikrimcə, biz burda yaxşı oyun sərgiləyəcək gücdəyik.
 
- Makedoniyanın hansı oyunlarını izləmisiz?
- Biz bu komanda ilə Bakıda qarşılaşmışıq. Həmin oyun qolsuz bitmişdi. Onların həmçinin Norveçlə görüşünü də izləmişəm. Məğlub olmuşdular. Komanda Balkan futbolu sərgiləyir. Yaxşı müdafiəçiləri, hücumçuları var. Rəqibi daim təzyiq altında saxlaya bilirlər. Aqressiv uşaqlardı. Əksər futbolçuları xarici klublarda çıxış edirlər. Bizimkilər isə heç Azərbaycan çempionatında normal oyun təcrübəsi qazana bilmirlər.
 
- Siz bu oyuna Araz Abdullayevlə Qara Qarayevi də çağırmısız. Əsas millinin üzvlərini bu oyuna kökləmək problem olmayacaq ki?
- Biz belə bir problemlə üzləşməməliyik. Yığma yığmadı. Hamısı Azərbaycanı təmsil edir. Sizdən öncə Qarayevlə söhbətləşirdim. Arazla da söhbətim olacaq. Bu uşaqları mən hələ U-19-da oynadıqları dövrdən tanıyıram. Əksinə, indi onlar U-21-də liderlik keyfiyyətlərini nümayiş etdiməlidilər.
 
- Yığmamızın ilk dörd oyundan 4 xal toplaması komandaya olan gözləntiləri artırdı. Bəs millimiz daha yaxşı nəticə göstərməyə nə dərəcədə hazırdı?
- Əgər istədiyimiz kimi oynaya bilsək, hazırda komandada hökm sürən atmosferin də köməyi sayəsində daha çox xal toplaya bilərik.
 
- Taşkın İlterin Azərbaycanın əsas millisinə dəvət almasını necə qarşıladınız?
- Yığmanın baş məşqçisi Berti Foqts Estoniya və Qırğızıstanla oyunlara hansı futbolçuları məsləhət bildiyimi soruşdu. Mən də Taşkının adını verdim. O, ucaboydu, atletikdi, böyük istedada malikdi. Sadəcə, bu oyunçuya vaxt lazımdı. Onun indi millidə oynamağa hazır olduğunu düşünmürəm. Amma inkişaf edəcəyinə də şübhəm yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.