14 noyabr 2013 21:40
Foqts öz müqaviləsi haqda danışmaqdan imtina etdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Estoniya yığmasına qarşı keçiriləcək oyun ərəfəsində mətbuat konfransında iştirakı zamanı AFFA ilə müqaviləsinin uzadılmasına dair sual haqda danışmaqdan imtina edib. Azersport.az xəbər verir ki, alman mütəxəssis jurnalistlərlə görüşün əvvəlində bildirib ki, qarşıdakı oyundan başqa heç nə haqda danışmayacaq.
