14 noyabr 2013 21:33

Berti Foqts: Estoniya ilə oyunda alman deyil, azərbaycanlı olacağam

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Estoniya yığmasına qarşı keçiriləcək oyun ərəfəsində mətbuat konfransında iştirak edib və yerli jurnalistlərin suallarını cavablayıb. Azerisport.az Foqtsun müsahibəsini diqqətinizə çatdırır.
 
Estoniya yığması haqda nə deyə bilərsiniz?
Estoniya yığmasının bir neçə oyununa baxmışam. Evdə çox güclü oynayırlar. Hollandiya və Türkiyəyə qarşı çox yaxşı oynadılar. Mübarizə apara bilirlər.
 
Rəşad Sadıqov və Əfran İsmayılovun yoxluğu sizi narahat edir?
Maraqlıdır ki, niyə siz Rəşad və Əfranı xatırlatdınız, ancaq təsnifat mərhələsinin ən yaxşı oyunçusu Kamran Ağayevi unutdunuz. Sabah meydana 11 oyunçu ilə çıxacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Bizim çox maraqlı komandamız var. Hər kəs digərini əvəz edə bilər. Məqsədimiz qələbədir. Taktiki cəhətdən ağıllı oynamalıyıq. Meydana çıxacaq oyunçulara inanıram. Əgər bacarıqlarını göstərə bilsələr.
 
Siz burada Şotlandiya yığması ilə olmuşunuz və 1:0 hesablı qələbə qazanmışınız.
Əladır. Qoyun sabah eyni şeyi təkrarlayım.
 
Yığmada yarış cədvəlinin son pilləsində qərarlaşmış komandadan üç oyunçu var. Niyə belə olub? Ona görə ki, aparıcı komandalar yerli oyunçulara əhəmiyyət vermir?
Mən “Sumqayıt”dan iki nəfər çağırmışam.  Çünki zədəlilərimiz vardı. Komandanın hansı pilləni tutması vacib deyil. Mənə oradan oyunçu götürmək liderin ehtiyat skamyasında oturan futbolçudan yaxşıdır. Vurğuna gəlincə, onun zədəsi vardı. Mən onu gənc olduğu üçün çağırmışam. Onun üçün yığmanın qapıları açıqdır. Pərdis gəlincə, əgər onda hər şey alınsaydı, “Neftçi” ya “Qarabağ”da oynayardı.
 
Estoniyanın hava şəraitinə alışmaq futbolçularınıza çətin olmayacaq ki?
Məgər Sizə soyuqdur? Ancaq Sizi bizimlə getməyə heç kim məcbur etmir (gülür). Hava şəraitinə öyrəşmək sual deyil. Oyunçulara nəticəni pis hava şəraiti ilə əlaqələndirmək imkanı verməyin.
 
Bir də mən demək istəyirəm ki, sabah mən alman deyil, azərbaycanlı olacağam. Biz İsrail və Rusiyaya qarşı oynadığımız kimi oynasaq, burada qalib gələ bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.