14 noyabr 2013 20:55
Berti Foqts: Təsnifatın ən yaxşı oyunçusu Kamran Ağayevi unutmuşuq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Estoniya yığmasına qarşı keçiriləcək oyun ərəfəsində mətbuat konfransında iştirak edib. Azesport.az xəbər verir ki, Foqts bunları söyləyib:
“Bir nəinki Rəşad və Afranı itirmişik, hətta təsnifat mərhələsinin ən yaxşı oyunçusu Kamran Ağayev haqda unutmuşuq. Sabah meydana 11 oyunçu ilə çıxacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Bizim çox maraqlı komandamız var. Hər kəs digərini əvəz edə bilər. Məqsədimiz qələbədir. Taktiki cəhətdən ağıllı oynamalıyıq. Meydana çıxacaq oyunçulara inanıram. Əgər bacarıqlarını göstərə bilsələr”.
