14 noyabr 2013 20:15
Dmitri Kruqlov: Azərbaycan və Estoniya yığmalarının fərqli oyun üslubu var
Estoniya yığmasının müdafiəçisi Dmitri Kruqlov Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini Estoniya KİV-nə bölüşüb. Azerisport.az xəbər verir ki, Kruqlov bunları söyləyib:
“Azərbaycan səviyyəli futbolçuları olan yaxşı komandadır. Son nəticələr onların güclü olduğunu göstərir. Rusiya ilə heç-heçə, Şimali İrlandiya üzərində qələbə buna sübutdur. Biz maraqlı oyun gözləyirik. Belə ki, Azərbaycan və Estoniya yığmalarının fərqli oyun üslubu var”.
