14 noyabr 2013 18:55
Bakının yarımmüdafiəçisi milli komandaya çağırıldı
Futbol üzrə Litva yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, milliyə çağırılanlar arasında "Bakı"nın yarımmüdafiəçisi Mindauqas Kalonas da var.
Son oyunlarda millinin əsas heyətində yer alan Kalonas bu dəfə Moldova ilə görüşün iştirakçısı olmaq şansına malikdi. Sözügedən qarşılaşma noyabrın 18-də baş tutacaq.
Qeyd edək ki, "Bakı"nın digər futbolçusu - Deyvidas Çesnauski bu dəfə milliyə çağırılmayıb. O, Litva millisinin son oyunlarında da ehtiyatda qalmışdı.
