14 noyabr 2013 18:14

Rüfət Dadaşov: Almaniyada belə deyil

Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın "Kayzerslautern" klubunun hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
 
- Millimizin qarşıdakı Estoniya və Qırğızıstanla oyunlarından nə gözləyək?
- Bizi vacib qarşılaşmalar gözləyir. İli yaxşı nəticələrlə başa vurmaq əla olardı. Heyətlə bağlı itkilərimiz olsa da, biz bu oyunlarda uğur qazana bilərik.
 
- Estoniyaya qarşı kimlərin oynayacağı artıq bəllidi?
- Xeyr. Hələlik heyətdən heç bir söhbət getmir. Amma ümid edirəm ki, hər iki oyunda meydana çıxa biləcəm. Oyun təcrübəsinə ehtiyacım çoxdu.
 
- Aeroportda siz, Cihan Özkara, Ufuk Budak, Əli Gökdəmir və Taşkın İltər Berti Foqtsun əyləşdiyi stola yaxınlaşdınız. Sirr deyilsə, nə danışırdız?
- (gülümsəyir) Komanda sirridi. Şübhəsiz ki, bu barədə heç nə deyə bilmərəm.
 
- Oyunları müzakirə etmirdiz?
- Qoy bu öz aramızda qalsın.
 
- Sizi nə vaxt "Kayzerslautern"in əsas heyətində görəcəyik?
- Baş məşqçi nə vaxt buna qərar versə. Özüm onunla bu barədə danışmamışam və planımda da yoxdu. Almaniyada belə qəbul olunmayıb. Əgər o, əsas komandada oynamağımı lazım bilsə, oynaram. İstənilən halda müqaviləmin müddəti ilin sonunda başa çatacaq.
 
- Bu klubda qalacaqsız, yoxsa qərarınız başqa komandaya keçmək olacaq?
- Hələ qərar verməmişəm.
 
- Təkliflər var?
- Mənimlə bir neçə klub maraqlanır. Onların arasında həm Almaniya, həm də digər ölkə təmsilçiləri var.
 
- Azərbaycan da var?
- Bir-iki Premyer Liqa klubu xidmətimdə maraqlıdı.
 
- Düşünmürsüz ki, Premyer Liqamıza gəlişiniz geriyə addım ola bilər?
- Xeyr. Azərbaycanda xeyli yüksək səviyyəli legionerlər çıxış edirlər. Futbola dəstək gündən-günə artır.
 
- Sizi yığmamıza gətirən Foqtsun komandadan gedəcəyi barədə fikirlər səslənir. Buna münasibətiniz?
- Mən Foqts kimi ikinci bir məşqçiyə rast gəlməmişəm. Onun dəyişdrilməsi düzgün olmazdı.
 
- Foqsun gedişi sizin yığmamızdakı taleyinə təsirsiz ötüşməyəcək?
-
Əgər klubumda oynasam, belə bir problemlə üzləşəcəyimi gözləmirəm. İstəinilən məşqçi yaxşı nəticə qazanmaq üçün hazırlıqlı futbolçuları üstün tutur. Hər şeyə rəğmən Foqtsun qalmasını daha düzgün sayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.