14 noyabr 2013 16:33
Qarabağ üç aparıcı futbolçusuz oynayacaq
“Qarabağ” dördgünlük istirahətdən sonra növbəti tura hazırlıq məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, futbol üzrə Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Rəvan”la qarşılaşacaq Ağdam klubu bu oyuna üç aparıcı futbolçusu olmadan çıxacaq.
Zədəlilər - Rəşad Sadıqov və Admir Teli ilə yanaşı, Riçard Almeyda da oyunu buraxmalı olacaq. Almeyda sarı vərəqələr limitini aşdığı üçün oyunu tribunadan izləyəcək.
