14 noyabr 2013 16:11
Rəvan məşqlərini bərpa etdi
Topaz Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la oyundan sonra istirahətə yollanmış “Rəvan” dörd günlük istirahət müddətini başa vuraraq məşqlərini yeniləyib. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında "aslanlar” Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da çalışır.
Gündə iki dəfə məşqə çıxan futbolçular səhər fiziki, axşam isə taktiki-texniki hazırlıqla məşğuldurlar.
Məşqlərdə zədələnmiş Tofiq Mikayılov və Elvin Həsənəliyev, o cümlədən dizindəki zədəni sağaltmaqla məşğul olan Kristian Torres hazırlıqda iştirak etməyib. Kristian Torresin "Qarabağ”la oyuna qədər sıraya dönəcəyi ehtimal edilir.
