14 noyabr 2013 15:51
Arif Əsədov U-19-la toplanış keçəcək
Noyabrın 25-29-u aralığında Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-19) seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az AFFA-ya istinadən xəbər verir ki, toplanışda məqsəd komandanın baş məşqçisi Arif Əsədovun seçmə mərhələnin oyunları ərəfəsində yetirmələrinin hazırlığını yoxlamasıdır.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı hələ müəyyənləşməyib.
