14 noyabr 2013 15:38
Mahir Şükürov: Estoniyaya uduzsaq bizi yenə tənqid edəcəklər
Millinin müdafiəçisi Mahir Şükürov Estoniya və Qırğızıstan yığmalarına qarşı keçiriləcək oyunlar barədə fikrini azerisport.az saytına bildirib.
Oyunqabağı əhvalınız necədir?
Normaldır. Bir neçə itkimiz olsa da, yalnız müsbət nəticə haqda düşünürük. Düşünürəm ki həm estonları, həm də qırğızları məğlub edə biləcək gücdəyik.
Son günlər çağırılmış oyunçular hansı təəssürat yaratdılar?
Onlar böyük səylə məşq edirlər. İnanıram ki, onlar xeyir gətirə biləcəklər.
Heyətdə yeni oyunçuların olduğunu nəzərə alsaq, baş məşqçidən təcrübələr gözləməyə dəyər?
Düşünürəm ki, təcrübələr hər halda lazımdır. Buy futboldur, Burada yeniliksiz keçinmək olmaz.
Bəs nəticə?
Nəticə də vacibdir. Axı biz Azərbaycanı təmsil edirik və yaxşı oynamalıyıq. Əgər Estoniya yığmasına məğlub olsaq, bizi yenidən tənqid edəcəklər.
Oyunu səfərdə keçirmək nə qədər vacibdir?
Bizim komandamız səfər oyunlarında hələ də çətinliklər yaşayır.
Təsnifat mərhələsinin üç səfər oyununda heç-heçədən sonra?
Daha da yaxşı oynamaq lazımdır. Əvvəllər biz səfərdə böyükhesablı uduzmamaq haqda düşünürdük. İndi isə heç-heçəyə oynayırıq.
