14 noyabr 2013 15:15
Teli ilin sonuna qədər sıradan çıxdı
“Qarabağ” aparıcı müdafiəçilərindən birini itirib. Azerisport.az xəbər verir ki, futbol üzrə Topaz Premyer Liqasının 13-cü turunda Admir Teli ayaq barmağını zədələyərək oyunu sona qədər çətinliklə başa vurub.
Oyundan sonra həkim müayinəsi ilə ayağına gips qoyulmuş Teli yaşıl meydanlardan üç həftə kənarda qalacaq. Müdafiəçinin ilin sonunda komandaya qoşulacağı ehtimal edilir.
