14 noyabr 2013 14:55
Mahir Şükürov: Yığmada bəzən təcrübələr lazımdır
Millinin müdafiəçisi Mahir Şükürov Estoniya və Qırğızıstan yığmalarına qarşı keçiriləcək oyunlar barədə fikrini azerisport.az saytına bildirib.
“Yığmada bəzən təcrübələr lazımdır. Ancaq eyni zamanda nəticə də vacibdir. Biz Azərbaycanı təmsil edirik və istənilən halda bizə nəticə lazımdır. Foqts əsas heyət barədə hələki danışmayıb. Biz bilirik ki, bizi çətin oyunlar gözləyir”.
