14 noyabr 2013 14:41
Ruslan Əmircanov: Estoniyaya gedəcəyimi gözləmirdim
Millinin yarımmüdafiəçisi Ruslan Əmircanov Estoniya və Qırğızıstan yığmalarına qarşı keçiriləcək oyunlar barədə fikrini azerisport.az saytına bildirib.
“Yığmaya dəvət gözləmirdim. İlin yekun oyunlarına dəvət almış futbolçuların siyahısında adım yox idi. Bundan mütəəssir olmuşdum və Estoniya, Qırğızıstana gedəcəyimi gözləmirdim. Çağırış gözlənilməz və xoş oldu. Özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Ümid edirəm ki, yaxşı oynayacağam və komanda iki qələbə qazanacaq”.
