14 noyabr 2013 13:44
Bayıl Arena FIFA sertifikatı aldı (FOTO)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən inşa olunmuş Bayıl Arena-nın süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FIFA-ya müraciət etmişdi. Azerisport.az AFFA-ya istinadən xəbər verir ki, Beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb.
FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il oktyabrın oktyabrın 13-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.
(AFFA)

