14 noyabr 2013 13:13

Azərbaycan Avro-2015-də üçüncü səbətdə yer aldı

UEFA futbol üzrə 17 yaşa qədər qızlar arasında 2014-15-ci illər Avropa birinciliyində komandaların səbətlər üzrə yerləşməsi haqda məlumat yayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan üçüncü səbətə düşüb.
 
Avro-2015-in final turniri İslandiyada keçiriləcək. Seçmə mərhələdə isə 40 komanda mübarizə aparacaq. Təsnifatın ilk mərhələ oyunlarının püşkü noyabrın 20-də Nyonda baş tutacaq. Bu mövsümdə çempionatın final mərhələsi ilk dəfə olaraq 8 komandanın iştirakı ilə yeni formatda keçiriləcək. Xatırladaq ki, əvvəllər bu yaş kateqoriyasının final mərhələsində mübarizəyə 4 komanda qoşulurdu. "Köhnə dünya"nın üç ən güclü təmsilçisi 2014-cü ildə 15 mart-5 aprel aralığında Kosta-Rikada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
 
Dünya çempionatının yazda keçirilməsi Avropa birinciliyinin yayda keçirilməməsini labüd edir. Gələn mövsüm isə qitə çempionatı standart vaxtda keçiriləcək: payızda seçmə mərhələ oyunları, yazda elit raund, yayda isə final turniri baş tutacaq.
 
İslandiya ev sahibi qismində final turnirinə birbaşa vəsiqə əldə edib. Ən yaxşı əmsala malik üç yığma - Almaniya, Fransa və İspaniya komandaları təsnifat oyunlarından azaddır. Qalan 40 yığma komanda hərəsində 4 yığma olmaqla 10 qrupa bölünüb.
 
Püşk zamanı komandaların adı yazılmış kürəciklər əmsallara uyğun olaraq üç səbətə yerləşdiriləcək. Əmsallara görə ən güclü 10 komanda A, B, C səbətlərində müvafiq olaraq yer alacaq. Hər qrupda A və B səbətlərindən bir, C səbətindən isə iki komanda yer alacaq. Növbəti mərhələyə vəsiqə sahiblərini müəyyən etmək üçün iştirakçılardan birinin meydanında 1 avqust-31 oktyabr aralığında mini-turnir keçiriləcək.
 
Sonrakı mərhələdə 10 qrup qalibi və qrup ikincisi, o cümlədən ən çox xal toplayaraq üçüncü yeri tutmuş komanda (qrupda digər iki yığma qarşı nəticəyə əsasən) növbəti mərhələyə yüksələcək. İslandiya yığmasından başqa final mərhələsində daha 7 komanda mübarizə aparacaq.
 
Səpələnmə:
 
A səbəti: Danimarka, İsveçrə, İsveç, Polşa, Belçika, Norveç, Çexiya, İrlandiya, Niderland, İngiltərə;
 
B səbəti: Finlandiya, Rusiya, Şotlandiya, İtaliya, Avstriya, Serbiya, Macarıstan, Uels, Türkiyə, Sloveniya;
 
C səbəti: Rumıniya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Belarus, Yunanıstan, Ukrayna, Çernoqoriya, Bolqarıstan, İsrail, Latviya, Farer adaları, Moldova, Estoniya, Litva, Azərbaycan, Slovakiya, Xorvatiya, Qazaxstan, KYR Makedoniya, Portuqaliya.
 
Elit mərhələyə birbaşa vəsiqə: Almaniya, Fransa, İspaniya;
 
Final mərhələsinə birbaşa vəsiqə: İslandiya (meydan sahibi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.