13 noyabr 2013 00:37
"İnter" bu gün başlayacaq
Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilmiş "Simurq"la oyundan (0:0) sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze futbolçulara istirahət vermişdi. Azerisport.az xəbər verir ki, bu gün "bankirlər"in istirahət müddəti başa çatacaq.
3 günlük istirahətdən sonra komandanın yenidən bir araya gələcək və "Şəfa" stadionda məşq edəcək.
Qeyd edək ki, çempionatda yaranmış fasilə zamanı "İnter" bir yoxlama matçı keçirəcək. Bu oyunda komandanın rəqibi "Sumqayit" olacaq. Qarşılaşma ayın 16-da "Şəfa" stadionunda baş tutacaq. Görüş saat 18.00-da başlayacaq.
