13 noyabr 2013 11:36
Qurbanov: Çumbinyonun Qarabağdan getmək istəməsinə inanmıram
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın braziliyalı yarımmüdafiəçisi Çumbinyonun gedəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Mən inanmıram ki, Çumbinyo hazırda komandamızı tərk etmək haqda düşünsün. Bundan sensasiya yaratmaq lazım deyil. İstənilən halda onunla bu barədə danışacam və məsələnin nə yerdə olduğunu aydınlaşdırmağa çalışacam".