13 noyabr 2013 11:15
Bakı Lansa məğlub oldu (VİDEO)
Xəbər verdiyimiz kimi, "Bakı"nın U-15 komandası artıq Fransanın Lans şəhərindədi. Azerisport.az xəbər verir ki, dünən Lansda yağışlı hava olmasına rəğmən komanda səhər saatlarında ilk məşqini keçirib.
Üstəlik, “sarı-qırmızılar”ın məşqçisi Jan Pyer Lurisella qapıçılarla ayrıca hazırlıq keçib. Axşam isə “Bakı” “Lans”dan olan həmyaşıdları ilə yoxlama görüşü keçirib. Klubun rəsmi saytı komandamızın qarşılaşmadan qələbə ilə ayrıldığı bildirilsə də, sonradan məğlub olduğunu yazdı. Maraqlıdı ki, bu görüşün hesabı barədə də heç bir məlumat verilmir.
Bu gün “Bakı”nın yetirmələri “Disney Land”ə gəzintiyə çıxacaqlar. (klub saytı)
