13 noyabr 2013 16:32
"Yığmanın son nəticələri Foqtsa qarşı mənfi fikrin dəyişməsinə səbəb olub"
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi
- Bu yaxınlarda seleksiya xarakterli toplanışınız oldu. Necə keçdi?
- 26-27 futbolçu çağırmışdıq. Onlara baxdıq. Xoşumuza gələnləri seçdik. Planımızda daha bir toplanış var. Amma orada legionerlərə baxacağıq. Qranatkinin xatirə turnirinə isə optimal heyətlə hazırlaşacağıq.

- Bu turnirdə iştirak edəcək potensial rəqiblər bəllidi. Onları necə qiymətləndirirsiz?
- Bütün komandalar güclüdü. Amma bəziləri bizdən fərqli U-18-lə də təmsil oluna bilər. Bizim gənclər sektorunda hələ boşluqlar var. Məsələn, U-17-də çıxış edən oyunçuları daha sonra yalnız U-19 gözləyir. Bu isə bəzi futbolçuların U-19-a düşənə qədər formasını itirməsinə səbəb olur.

- Komandamızın qarşısına hansı vəzifə qoyulub?
- Biz yeni komanda yaradırıq. Amma təbii ki, hədəfimiz maksimum nəticə göstərmək olacaq.
- Əsas yığmamızı qarşıda Estoniya və Qırğızıstanla oyunlar gözləyir. Bu görüşlərdən nə gözləyirsiz?
- Nəzərə alsaq ki, bu oyunların nəticəsi FİFA reytinqində nəzərə alınacaq, qələbə qazanmağımız yaxşı olardı. Buna görə də hamımız millidən ili yaxşı başa vurmasını gözləyirik. Düzdü, hər iki görüş səfərdə olacaq. Bu üzdən qarşılaşmalardan birində heç-heçə edib, birində qələbə qazanmağımız da uğur sayıla bilər.

- Rəqiblərimizin iki fərqli qitəni təmsil etməsi hansısa təsir göstərə bilər?
- Bəli, bu iki komanda bir-birindən tamamilə fərqlənir. Həm də Estoniya DÇ-2014-ün seçmə mərhələsində özünü yaxşı tərəfdən göstərə bilib. Ona görə də millimizi bu komanda ilə görüşdə asan oyun gözləmir. Qırğızıstanla oyundan isə qələbə gözləməyə dəyər. Sadəcə, bir şeyi unutmamaq lazımdı ki, indi zəif komanda yoxdu. Əlbəttə, ustalıq səviyyəsində fərqlər var. Qırğızıstan Almaniya və İspaniya deyil. Amma istənilən halda bu komandanı qiymətləndirməmək bizə baha başa gələ bilər.

- Bu oyunlar baş məşqçi Berti Foqts üçün millimizdə son oyunlar ola bilər. Sizcə, onu yerli, yoxsa əcnəbi mütəxəssis əvəzləməlidi?
- Biz yığma üzvlərinin müsahibələrində də görürük ki, onlar Foqtsun qalmasının tərəfdarıdılar. Amma hər şeyə İcraiyyə Komitəsinin iclasından sonra aydınlıq gələcək. Onun müqaviləsinin müddəti başa çatır. Lakin fikrimcə, yığmamızın son nəticələri ona qarşı mənfi fikrin dəyişməsinə səbəb olub.