13 noyabr 2013 16:05
Yığmamız Rəşad Sadiqovu da itirdi
Futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, zədəli olduğu üçün "Neftçi"nin kapitanı Rəşad Sadiqov heyətdən çıxarılıb. Onun əvəzində "İnter"dən Ruslan Əmircanov milli komandaya dəvət olunub.
Qeyd edək ki, millimizi qarşıda Estoniya (15 noyabr) və Qırğızıstanla (19 noyabr) yoldaşlıq oyunları gözləyir.
