13 noyabr 2013 15:44
Azərbaycan Özbəkistanla sınaq matçına hazırlaşır
Azərbaycanın veteran futbolçulardan ibarət yığma komandası növbəti yoldaşlıq matçına hazırlaşır. Azerisport.az xəbər verir ki, veteranlarımız Özbəkistandan olan həmkarları ilə görüşməyi planlaşdırırlar.
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin saytımıza verdiyi məlumata görə, bu qarşılaşmanın Bakıda keçirilməsi nəzərdə tutulub. Oyun noyabrın 16-da "Bayıl Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.
