13 noyabr 2013 15:23
Berti Foqts Tallin və Bişkekdə jurnalistlərin suallarını cavablayacaq
Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının məşq proqramını və baş məşqçinin mətbuat konfranslarının vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Həmin məlumatı diqqətinizə çatdırırıq:
14 noyabr. Tallinn. Saat 18:30 (Bakı vaxtı - 20:30)
"A. Le Coq Arena". Mətbuat üçün açıq məşq
Məşqdən əvvəl stadionda baş məşqçi Berti Foqtsun mətbuat konfransı
18 noyabr. Bişkek. Saat 15:00 (Bakı vaxtı - 13:00)
“Dolen Omurzakov" adına stadion.Mətbuat üçün açıq məşq
Məşqdən əvvəl stadionda baş məşqçi Berti Foqtsun mətbuat konfransı
