13 noyabr 2013 14:37
"Berti Foqtsun qərarı mənim üçün də qaranlıq qalır"
Türkiyənin "Dənizlispor" klubunun müdafiəçisi Saşa Yunisoğlu futbol üzrə Azərbaycan yığmasına dəvət olunmamasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bütün futbolçular kimi, mən də millidən dəvət gözləyirdim. Uzun müddət yığmada oynamışam və bilirəm ki, bu, həm böyük fəxr, həm də məsuliyyətli bir şeydi. Türkiyə çempionatının demək olar ki, bütün oyunlarında meydana çıxıram. PTT Birinci Liqanın səviyyəsi Premyer Liqamızın səviyyəsindən heç də aşağı deyil. Nə fiziki, nə də oyun təcrübəsi baxımından problemim var. Berti Foqts həmişə deyirdi ki, bizim futbolçular legioner həyatı yaşamaq istəmirlər. Ölkə xaricinə gedənlər də ondan dəvət almırlar. Bunun səbəbi mənim üçün də qaranlıqdı. Mümkündü ki, o, hələ də mənim Avstriya ilə oyunda meydandan qovulmağımı unutmayıb".
