12 noyabr 2013 12:54
AFFA-dan Neftçi və Bakıya sərt cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
AZAL – “Qarabağ” matçında AZAL-ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Bakı” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyununun 27-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 1 və 31-ci dəqiqələrində “Neftçi”nin azarkeşləri, 16 və 59-cu dəqiqələrdə isə “Bakı”nın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.
