12 noyabr 2013 00:29

Millimizin üzvləri son turda

Futbol üzrə Azərbaycan yığmasını qarşıda Estoniya (15 noyabr) və Qırğızıstanla (19 noyabr) yoxlama oyunları gözləyir. Azerisport.az bu görüşlər ərəfəsində millimizə dəvət alan futbolçuların klublarındakı son oyunlarında nələrlə yadda qaldığını araşdırıb.

QAPIÇILAR

"Sumqayıt"ın qapıçısı Anar Nəzirov "Rəvan"la oyunda 90 dəqiqə meydanda olub və 1 qol buraxıb. Komandası isə 1 xalla kifayətlənib - 1:1.

Səlahət Ağayev "İnter"in "Simurq"la oyununda meydana çıxmaıb. Komandası isə qolsuz heç-heçəyə razılaşıb.

Fərhad Vəliyev "Qarabağ"ın AZAL-la oyununda 90 dəqiqə meydanda olub və 1 qol buraxıb. Qarşılaşma isə 1:1 hesabıyla bitib.

MÜDAFİƏÇİLƏR

Vladimir Levin "Qəbələ"ni kapitan kimi meydana çıxardığı "Xəzər Lənkəran"la qarşılaşmada 90 dəqiqə oynayıb. Bu komandanın millidəki üzvü Elnur Allahverdiyev, eləcə də cənub klubundan Rasim Ramaldanov isə qarşılaşmanın iştirakçısı olmayıb. Matç isə sülhlə bitib - 0:0.
 
Rəşad Sadıqov zədə səbəbindən "Qarabağ"ın AZAL-la oyununda meydana çıxmayıb. Onun yoxluğunda Bədavi Hüseynov bu qarşılaşmada 90 dəqiqə oynamaq şansı qazanıb. Ağdam klubunun digər üzvü Maksim Medvedev isə bütün matçı meydanda olmaqla yanaşı, komandasını məğlubiyyətdən xilas edən qola imza atıb - 1:1.
 
Mahir Şükürov "Neftçi"nin "Bakı"ya 2:1 hesabıyla qalib gəldiyi görüşdə 90 dəqiqə meydanda olub.
 
Ufuk Budak həmişəki kimi, Türkiyənin "Əskişəhərspor" klubunun "Akhisar BS" ilə görüşündə (2:0) də iştirak ərizəsinə salınmayıb.
 
YARIMMÜDAFİƏÇİLƏR

"Neftçi"nin kapitanı Rəşad Sadiqov "Bakı" ilə oyuna start heyətdə başlasa da, əlavə olunan dəqiqələrdə əvəzlənib. "Zolaqlılar"ın heyətində Əfran İsmayılov matçın 35-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənmək məcburiyyətində qalıb. Bu üzdən o, millimizə kömək edə bilməyəcək. "Bakı"nın digər yarımmüdafiəçisi Cavid Hüseynov isə 53-cü dəqiqədə meydana çıxmaq şansı qazanıb.

Rahid Əmirquliyev "Xəzər Lənkəran"ı "Qəbələ" ilə görüşə kapitan kimi çıxarıb və 90 dəqiqə meydanda olub. Görüş isə qeyd etdiyimiz kimi, qolsuz başa çatıb.

Əli Gökdəmir Almaniyanın "Hannover" klubunun ikinci komandasında "Kloppenburq"a qarşı oynayıb və 2:0 hesablı qələbəyə vurduğu bir qolla töhvə verib.
 
Ruslan Abışov Rusiyanın "Rubin" klubunun "Krasnodar"la ev oyununda iştirak ərizəsinə salınsa da, komandasının 0:1 hesablı məğlubiyyətini ehtiyat oyunçular skamyasından izləyib.
 
HÜCUMÇULAR

Vaqif Cavadov "İnter"in "Simurq"la oyununda (1:1) 90 dəqiqə meydanda olub. O, bu görüşdə sadəcə sarı vərəqə almaqla "fərqlənib".

"Qarabağ"ın hücumçusu Vüqar Nadirov AZAL-la qarşılaşmada 65 dəqiqə meydanda olub.

Rauf Əliyev "Bakı"nın "Neftçi"yə uduzduğu görüşdə 90 dəqiqə oynayıb.
 
"Sumqayıt"ın üzvü Pərdis Fərcad-Azad "Rəvan"la qarşılaşmada 71 dəqiqə çıxış edib. O da sadəcə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Almaniyanın "Kayserslautern" klubunun forvardı Rüfət Dadaşov "Kikkers Offenbax"la görüşdə iştirak etməyib. Komandası isə 2:0 hesablı qələbəyə sevinib.

Türkiyənin "Sivasspor" klubunun hücumçusu Cihan Özkara da komandasının "Bursaspor" üzərindəki qələbəsini (2:1) kənardan izləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.