12 noyabr 2013 12:27
TFF Fərid Quliyevə görə Kahramanmaraşspora xəbərdarlıq etdi
Türkiyə Futbol Federasiyası “Kahramanmaraşspor” klubuna məktub ünvanlayıb. Azerisport.az xəbər verir ki, məktubun məzmunu klubun Fərid Quliyevə olan borcunun ödənilməsi barədədi.
Xəbərdarlığa əsasən əgər klub futbolçuya olan əməkhaqqı borcunu yeddi iş günü ərzində ödəməzsə, Quliyev dərhal azad agent statusu alacaq. Xəbərdarlığın müddəti bu həftənin sonunda bitir.
Xatırladaq ki, “Kahramanmaraşspor” dörd aydır Fərid Quliyevin əməkhaqqını ödəmir.
