12 noyabr 2013 12:35
Land of Fire Azerbaijanlı Lansdan möhtəşəm əzmkarlıq (FOTOREPORTAJ)
Futbol üzrə Fransa Liqa 2-də növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu 14-cü tur çərçivəsində səfərdə "Nyor"un qonağı olub.
Qarşılaşmanın 80-ci dəqiqəsinə qədər 0:2 hesabı ilə geridə olan "Lans" son 10 dəqiqədə əzmkar oyunla iki qol vuraraq səfərdən bir xalla dönüb.
Qeyd edək ki, bu heç-heçədən sonra "Land of Fire Azerbaijan" formalı komanda 26 xalla üçüncü pillədə qərarlaşıb.
