12 noyabr 2013 12:18
Ruben Qonsales: Qapıçının buraxılan qollarda heç bir günahı yox idi
"Bakı"nın müdafiəçisi Ruben Qonsalesin azerisport.az saytına müsahibəsi
- "Neftçi"yə niyə uduzdunuz?
- Biz bu oyunda erkən qol buraxdıq. Halbuki, bu, planlarımıza daxil deyildi. Rəqib sayca azlıqda qaldıqdan sonra təzyiqi daha da artırdıq. Amma əks hücumda ikinci qolu buraxdıq. Deməzdim ki, biz qələbəyə layiq oyun sərgilədik. Lakin heç-heçəyə tamamilə layiq idik.

- Elxan Əhmədovun o qədər də inamlı çıxış etməməsi çıxışınıza nə dərəcədə təsir göstərdi?
- Qapıçı heç vaxt təkbaşına səhv etmir. Səhv varsa, bu, bütün komandanın səhvidi. Hər iki qolu öz səhvlərimiz ucbatından buraxdıq. Qapıçının heç bir qolda günahı yox idi.

- Əfran İsmayılovun zədələnib əvəzlənməsi çıxışınıza nə dərəcədə təsir etdi?
- Bu, oyunumuza təsir göstərmədi. Onun yerinə meydana çıxan Deyvidas Çesnauski ondan pis çıxış etmədi. Zədədən heç kim sığortalanmayıb.

- Əgər komanda bu cür əlverişli epizodları dəyərləndirə bilmirsə, məğlubiyyətə məcburdu...
- Əsas odu ki, biz bu qədər qol epizodları yarada bilirik. Onlardan yararlanıb-yararlanmamaq isə bəxtdən də asılıdı.
- "Bakı"nın qeyri-sabit çıxışının səbəbi nədi?
- Unutmayın ki, biz "Neftçi"yə uduzduq. Amma bu məğlubiyyəti unutmaq lazımdı. Qarşıda "Xəzər Lənkəran"la oyun var. O görüşə hazırlşmaq lazımdı.

- Oyundan sonra "Neftçi"nin futbolçuları sizin aqressiv çıxışınızdan şikayətlənirdi. Bu, nə ilə bağlıdı?
- Oyunun gedişində hər şey ola bilər. Amma oyundan sonra bütün futbolçularla qucaqlaşıb ayrıldıq.