12 noyabr 2013 12:07
Asim Xudiyev Bolqarıstan - Sloveniya matçına təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabın 19-da Stara Zaqora şəhərində keçiriləcək Bolqarıstan - Sloveniya oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
