12 noyabr 2013 11:18
Millinin mətbuat və azarkeşlər üçün açıq məşqi olacaq
Bu gün Azərbaycan milli komandasının İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat və azarkeşlər üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, məşq saat 16:15-də başlayacaq.
Mətbuat nümayəndələri məşqdən əvvəl futbolçulardan müsahibə ala bilər.
