12 noyabr 2013 11:07
Foqts Vurğun Hüseynovu da milliyə çağırdı
Futbol üzrə Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu, “Sumqayıt” klubunun üzvü Vurğun Hüseynovdu. Qeyd edək ki, Hüseynov öncədən ehtiyat oyunçular arasında yer almışdı. Amma göründüyü kimi, baş məşqçi Berti Foqts onu milliyə çağırılan əsas oyunçuların siyahısına keçirib.
Qeyd edək ki, noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığması bu məqsədlə dünəndən etibarən təlim-məşq toplanışındadı. 11-13 noyabr aralığında Bakıda hazırlıq keçəcək millimiz 14-16 noyabrda Tallində, 17-19 noyabrda da Bişkekdə məşq edəcək.
