12 noyabr 2013 18:48
Rəşad Sadıqov: Tez bir zamanda sıraya dönmək istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov zədəsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Həkimlərin son rəyinə görə, beş həftə futbol oynaya bilmərəm. Bu, ilin sonuna qədər futbolsuz qalacağım anlamına gəlir. Amma çox istərdim ki, tez bir zamanda sıraya dönüm və "Qarabağ"a bu ilin son oyunlarında kömək edə bilim".