12 noyabr 2013 18:14
Elxan Məmmədov: Foqtsu zorla saxlamayacağıq
AFFA-nın baş katibi Elxan Məmmədovun azerisport.az saytına müsahibəsi
- Estoniya və Qırğızıstanla oyunlar yığmamız üçün nə dərəcədə önəmlidi?
- Bu oyunlar FİFA-nın yoxlama oyunları üçün ayırdığı pəncərədə keçirəcək. Deməli, nəticələr FİFA reytinqinə də təsir göstərəcək. Həm də bu təqvim ilini qələbə ilə başa vurmaq çox yaxşı olardı.

- Niyə bu oyunların hər ikisini səfərdə keçirməyə qərar verdiniz?
- Belə daha yaxşıdı. Biz yoxlama oyunlarında həmişə səfər variantına üstünlük veririk. Bu, futbolçularımızın rəqib tribunaları qarşısında daha yaxşı oynamasına alışmağa şərait yaradır.

- Yığmanın baş məşqçisi ilə bağlı vəziyyət hazırda əsas müzakirə mövzularındandı...
- Biz hələ heç bir namizədi gözdən keçirmirik. İcraiyyə Komitəsinin qərarı olmadan nəsə etmək doğru olmaz.
- Deyilənə görə, Berti Foqts özü yığmamızda qalmaq istəmir?
- O, bizə belə bir söz deməyib. Amma zorla kimisə saxlamaq fikrimiz də yoxdu.

- Estoniya və Qırğızıstanla oyunların nəticəsi bu məsələdə hansısa rol oynayacaq?
- Nəsə demək çətindi. İndi futbolçular sadəcə qarşıdakı oyunları düşünməlidilər.