12 noyabr 2013 17:47
Rəşad Sadıqov üçün il başa çatdı?
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov ilin sonuna qədər meydana çıxmaya bilər. Azerisport.az xəbər verir ki, bu gün təkrar müayinədən keçən futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb.
Müayinənin nəticəsinə görə, Rəşad böyük ehtimalla bu il nə yığmamızın, nə də "Qarabağ"ın oyunlarında iştirak edə biləcək. Sadıqovun yalnız fevral ayında yaşıl meydanlara qayıtması gözlənilr.
