12 noyabr 2013 17:38

Ufuk Budak: Azərbaycan klublarından təklif alsam, Premyer Liqada oynayaram

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Əskişəhərspor" klubunun müdafiəçisi Ufuk Budakın azerisport.az saytına müsahibəsi
 
- Yığmamızın Estoniya və Qırğızıstanla qarşıdakı oyunlarından nə gözləyirsiz?
- Çətin oyunlar olacaq. Baxmayaraq ki, yoldaşlıq görüşləridi.
 
- Sizcə, bu rəqiblərdən hansı ilə görüş daha çətin olacaq?
- Mənim üçün kimə qarşı oynamağımızın fərqi yoxdu. Bütün rəqiblərlə oyunlara eyni cür köklənirəm. Eyni sözləri matçın rəsmi və ya yoldaşlıq oyunu statusu daşımasına da aid edərdim. Heç bir idmançı uduzmağı sevmir. Biz də həmçinin.
 
- Klubunuzdakı vəziyyətinizdən razısız? Bildiyimizə görə, hazırda sadəcə əvəzedici komandada oynamaq şansı qazanırsız...
- Bəli. Əvəzedici komandada oynamağım məni qane edir.
 
- Əsas komandanın baş məşqçisi ilə söhbətiniz olub?
- Xeyr. Kimin əsas, kimin əvəzedici komandada oynamasına baş məşqçi qərar verir. Çətin ki, bu barədə onunla söhbət etməyim nəyisə dəyişsin.
 
- Əgər belə davam etsə, hansı addım atmağı planlaşdırırsız?
- Belə davam etsə, güman ki, qışda komandamı dəyişəcəm.
 
- Azərbaycandan dəvət alsaz, qəbul edərsiz?
- Hər şey menecerimlə danışıqlardan asılıdı. Əgər ona belə bir təklif gəlsə, niyə də olmasın?
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.