12 noyabr 2013 17:15
Sadıqovla İsmayılov milli komandamızdan kənarlaşdırıldı
"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovla "Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov zədəli olduğu Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, artıq bu barədə məlumatı AFFA-nın rəsmi saytı da təsdiqləyib.
Xatırladaq ki, millimiz noyabrın 15-də Estoniya, noyabrın 19-da isə Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
