12 noyabr 2013 17:08
İlter Taşkın: Ayntraxtda Azərbaycan millisinə çağırılmağıma sevinirlər
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" (Braunşveyq) klubunun futbolçsu İlter Taşkın millimizə dəvət almasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Burda olduğum üçün xoşbəxtəm. Gənclərdən ibarət yığmamıza qarşıdakı oyunda kömək edə bilməyəcəkdim. Çünki sarı vərəqə limitim dolmuşdu. Amma əvəzində Azərbaycanın əsas yığmasına dəvət aldım. Bunu "Ayntraxt"da necə qarşıladılar? Orada futbolçuların milli komandalara dəvət olunmasına həmişə sevinirlər".