12 noyabr 2013 16:45
Vaqif Cavadov: Tallin və Bişkekdə qələbə bizim üçün çox vacibdi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
- Estoniya və Qırğızıstanla oyunlardan nə gözləyirsiz?
- İlin son iki matçına çıxacağıq. Bu üzdən də ili major notlarla bitirmək istəyirik. Ciddi hazırlaşırıq.

- Tallin və Bişkekdə qələbə qazanmaq yığmamız üçün nə dərəcəd vacibdi?
- Çox vacibdi. Çünki seçmə mərhələ oyunlarında pis təsir bağışlamadıq. Son iki oyunda dörd xal topladıq. İndi özümüzü yoldaşlıq oyunlarında göstərmək istəyirik.

- Yığmamızın baş məşqçisi ilə bağlı yaranan vəziyyətə münasibətiniz necədi? Sizcə, Foqts postunda qalmalıdı?
- Əgər yenidən əcnəbi mütəxəssis gətirəcəklərsə, o zaman Berti Foqtsun qalması daha yaxşı olardı. Amma istənilən halda yekun qərarı AFFA verəcək.

- Qarşıdakı oyunlarda qol vurmağı hədəfləmirsiz?
- Tsiklin son oyununda qol vurmuşdum. Əlbəttə, bu oyunlarda da fərqlənmək istərdim. Amma əsas komandamızın qələbəsidi.

- Artıq Estoniyaya qarşı necə oynayacağınızı bilirsiz?
- Bilmirəm. Bizə bu barədə hələlik heç nə deyilməyib. Amma rəqiblərimiz güclü komandalardı. Yaxşı hazırlaşmalıyıq.