12 noyabr 2013 16:34
Rəşad Sadıqov millimizin məşqində iştirak etmədi
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov milli komandamızın bu gün baş tutan açıq məşqində iştirak etməyib. Azerisport.az xəbər verir ki, buna onun zədəli olması səbəb olub.
Böyük ehtimalla təcrübəli futbolçu qarşıdakı Estoniya və Qırğızıstanla oyunlarda forma geyə bilməyəcək.
